Saray-Novxanı yolunda yeni geriyə dönmə hissəsi yaradılıb - FOTO

Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 16-cı km-də, “VAZ dairəsi” kimi adlanan ərazidə yerləşən yol qovşağında hərəkətin təşkili ilə bağlı layihənin davamı olaraq Saray-Novxanı yolunda daha yaxın məsafədə yeni geriyə dönmə hissəsi yaradılıb.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Məlumata görə, bu, sıxlıq və tıxacın aradan qaldırılması məqsədilə edilib.
Ərazidə zəruri yol nişanları quraşdırılıb və üfüqi nişanlanma xətləri çəkilib.