Gürcüstan həbsxanalarında 99 Azərbaycan vətəndaşı saxlanılır.
APA xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin sentyabr ayı üzrə hesabatında bildirilib.
Qeyd olunub ki, həbsdə olan Azərbaycan vətəndaşlarından 90-u kişi, 9-u isə qadındır. Onlardan 83-nə hökm oxunub, 16-na qarşı isə ittiham irəli sürülüb.
Həbs edilmiş Azərbaycan vətəndaşlarından 2-si isə yetkinlik yaşına çatmayan şəxsdir.
Hazırda Gürcüstanda probasiya nəzarətində saxlanılan Azərbaycan vətəndaşlarının sayı isə 43 nəfər təşkil edir.