Respublika Klinik Xəstəxanasında ana doğuşdan sonra ÖLDÜ

Respublika Klinik Xəstəxanasında ana doğuşdan sonra dünyasını dəyişib. 
Bu barədə Bizim.Media-ya Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) rəsmisi Zamira Adilova məlumat verib. 
Vətəndaş B.N. 30.10.2022-ci il tarixində saat 06:34-də Respublika Klinik Xəstəxanasının Hamiləliyin patologiyası şöbəsinə ağır vəziyyətdə yerləşdirilib. 34-35 həftəlik hamilə olan pasiyentə qəbul olarkən normal yerləşmiş ciftin vaxtından əvvəl hissəvi ayrılması, qanaxma, HELLP sindromu diaqnozları qoyulub. 
30.10.2022-ci il saat 07:05 radələrində qeysəriyyə əməliyyatı baş tutub və cinsi qadın, çəkisi 2100 qr, boyu 45 sm olan körpə doğulub.
Əməliyyatdan sonra pasiyent Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinə köçürülüb. Həkimlərin səylərinə baxmayaraq, 30.10.2022-ci il tarixində saat 20:00 radələrində pasiyent vəfat edib. Ona poliorqan çatışmazlığı, HELLP sindromu, DDL sindromu, vaxtından əvvəl operativ doğuş, ciftin vaxtından əvvəl ayrılması diaqnozları qoyulub.