“Təhlükəsiz həyat: gənclər arasında maarifləndirici tədbirin təşkili” layihəsinə yekun vuruldu - FOTO

“Aydınlar Ocağı” humanitar ictimai birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə həyata keçirdiyi “Təhlükəsiz həyat: gənclər arasında maarifləndirici tədbirin təşkili” layihəsinə yekun vurdu.
"Sherg.az" xəbər verir ki, Bakı Ali Neft Məktəbində, Azərbaycan Tibb Universitetində, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialında və Ağcabədi Dövlət Pedaqoji Kollecində keçirilən tədbirlərin əsas məqsədi gəncləri risklər və təhlükəsiz davranış haqqında maarifləndirmək, onlara fərqli mina növləri, müharibənin partlayıcı qalıqları və əldəqayırma partlayıcı qurğular barədə məlumat vermək və bu təhlükələrdən qorunmaq qaydalarını öyrətməkdən ibarət olmuşdur.Qayıdış və dirçəliş prosesində əhalinin təhlükəsizliyini təmin etmək və bu mərhələdə gənclərin rolunu artırmaqəsas hədəf kimi müəyyən edilmişdir.

Layihənin icrası zamanı mina təhlükəsizliyinə həsr olunmuş maarifləndirici videoçarx hazırlanmış və bütün seminarlarda nümayiş olunmuşdur.
“Aydınlar Ocağı” humanitar ictimai birliyinin sədri Vüqar Qədirov və ekspertlər tərəfindən Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin  rəhbərliyi altında Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində böyük Zəfər qazanmasına baxmayaraq işğaldan azad olunmuş ərazilərdə düşmən tərəfindən basdırılmış minalar, eləcə də əvvəlki cəbhəboyu ərazilərdə çoxsaylı partlamamış hərbi sursatların vətəndaşların həyatı üçün hər zaman təhlükə törətməsi, bununla belə, mina və ya partlamamış hərbi sursatların işğaldan azad olunmuş ərazilərlə yanaşı ölkənin digər rayonlarında da aşkarlanmasının mümkünlüyü qeyd edilmişdir.  Məhz belə şəraitdə vətəndaşların bu tip təhlükəli vasitələr haqqında məlumatsız olması böyük təhlükələrə yol aça bilər.Müharibə başa çatsada,hələ də, hərbi qarşıdurmanın əsas elementlərindən biri olan minalanmış sahələr problemi aradan qaldırılmayıb: azad olunmuş torpaqlarda ölən və yaralananların statistikası artmaqda davam edir.Bu səbəbdən mina təhlükəsizliyi haqda insanların daha çox mariflənməsinə ehtiyac vardır. Hazırlanmış video çarxda müfəssəl olaraq məlumatların  öz əksini tapması ekspertlər tərəfindən xüsusi olaraq qeyd edildi.

44 gün davam edən Vətən Müharibəsində 30 ilə yaxın müddət ərzində Azərbaycan torpaqlarını işğal altında saxlayan, bu ərazilərdə vandalizm hərəkətlərini, 20-ci əsrin  ən dəhşətli faciələrindən olan Xocalı soyqırımını törədən Ermənistanın darmadağın edilərək kapituliyasiya aktını imzalamasına baxmayaraq öz üzərinə götürdüyü öhdəlikləri: mina xəritələrinin Azərbaycana təhvil verilməməsi,  Zəngəzur dəhlizinin açılmasına mane törətməsi, sülh müqaviləsi imzalamaqdan yayınması və s. ekspertlər tərəfindən xüsusi olaraq diqqətə çatdırıldı.

ATƏT-in Minsk qrupuna həmsədrlik edən dövlətlərin 30 ilə yaxın müddətdə Ermənistana heç bir təzyiq göstərməməsi səbəbindən BMT-nin qəbul etdiyi 4 Qətnamənin və beynəlxalq hüquqda təsbit olunan qərarların kağız üzərində qalmasına rəvac vermişdir. 44 günlük müharibədə Azərbaycanın öz ərazilərini işğaldan azad etməklə beynəlxalq hüququ öz gücü ilə bərpa etməsi bir çox dövlətlərdə qısqanclıq yaratmış və Azərbaycana qarşı ədalətsiz qərarlar qəbul etməyə səbəb olmuşdur. Belə ki, Fransa Senatının aşağı və yuxarı palatasının ardı-ardına Azərbaycanı hədəf seçən, heç bir əsasa və beynəlxalq hüquqa əsaslanmayan qərarlar qəbul etməsi, Rusiya sülhməramlılarının Qarabağ ərazisində və Laçın dəhlizi boyunca erməni terrorçularını himayə edən addımlar atması, ABŞ senatının nümayəndələr Palatasının sədri Nensi Pelosinin Ermənistana səfər edərək qondarma “soyqırım abidəsi” önündə saxta göz yaşları axıtması, işğal olunmuş ərazilərdə Məscidlərimizi dağıdaraq donuz saxlayan ermənilərə hər cür maddi və mənəvi dəstək göstərən, özünü İslam respublikası adlandıran İranın 2 dəfə sərhədlərimizdə hərbi təlimlər keçirərək ölkəmizə qarşı düşmən mövqeyi nümayiş etdirməsi və s. çıxış edən natiqlər tərəfindən xüsusi qeyd edildi. 

Ekspertlər və seminar iştirakçıları Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin bu təhdidlərə prinsipiallıqla və cəsarətlə cavab verdiyini, qardaş Türkiyə ilə Şuşa Bəyannaməsinə əsaslanan birgə ordunun formalaşdırıldığını, Cənubi Azərbaycanda molla rejimi tərəfindən addımbaşı hüquqları pozulan, ana dilində təhsil almaq imkanından məhrum olan soydaşlarımızın hüquqlarının qorunmasında ciddi addımların atılacağını bəyan etməsini Azərbaycanı təhdid etməyə çalışanlara ciddi mesaj olduğunu bildirdilər. 
Keçirilən bütün seminarlarda ekspertlər və digər çıxış edənlər tezliklə işğaldan azad olunan torpaqlarımızda ermənilər tərəfindən basdırılmış minaların tamamilə zərərsizləşdiriləcəyinə və Böyük Qayıdış prosesinin sürətlə davam edəcəyinə əminliklərini bildirdilər.