Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri vəfat edib


Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri Mahmud Nəbiyev vəfat edib.

Bu barədə "Report"a məhkəmədən məlumat verilib.

Bildirilib ki, o, bu gün səhər saatlarında ürək tutmasından 65 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, M.Nəbiyev 1957-ci ildə anadan olub. O, 2011-ci ildən Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri vəzifəsində çalışıb.