Azərbaycan Hotel Assosiasiyasına sədr seçilib

“Azərbaycan Hotel Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinə sədr seçilib.
“Report” xəbər verir ki, bu, Eldar Əlimuradovdur.
Müvafiq qərar qurumun V Baş Assambleyasında qəbul edilib. Tədbirdə çıxış edən E.Əlimuradov rəhbərlik edəcəyi assosiasiyanın üç əsas məqsədini açıqlayıb:
“Məqsədlərimiz hotel sənayesini inkişaf etdirmək, beynəlxalq standartlara uyğun xidmət göstərmək və milli kadrlar hazırlamaqdır”.