"Zibilliyə atın!"


Anası tərk etdi, ailəsinin sözləri qan dondurdu

  Doğuşdan SMA (qan xərçəngi) xəstəsi olan 20 aylıq Göktuğ ana şəfqətinə möhtac qalıb. Xəstə olduğu bilindikdən sonra anası körpəni tərk edib. “Ana”nın atası – körpənin babası da zalımcasına davranaraq xəstə körpəni istəmədiklərini deyib və “aparın, zibilliyə atın”, söyləyib. Həkimlərin SMA 1 növ  diaqnozu qoyulmuş körpə həyat mücadiləsi verir. “Şərq” “Milliyet.com”a istinadən xəbər verir ki, körpənin anası Bədriyyə Dərə diqnozu bildikdən sonra həyat yoldaşından ayrılaraq atası evinə gedib. Həkimlərin “körpənin anasına ehtiyacı var” israrına baxmayaraq qadın geri qayıtmayıb. Körpənin atası Atakan Altunöz körpəni babasının evinə apardıqda baba da xəstə körpəni istəmədiklərini deyib. Yaşanan bu olay həmin vaxt orada olan bir nəfər tərəfindən mobil telefon vasitəsilə videoya çəkilib. Videoda babanın “biz bu körpəni istəmirik, nə edirsiz, edin, aparın, zibilliyə atın” söylədiyi əksini tapıb. 

Aldığı cavabdan dəhşətə gələn ata, çarəsiz qalaraq körpəni yenidən evə gətirib.  Hazırda Göktuğ körpə üçün yardım kampaniyası davam edir. A.Altunöz deyib ki, körpəyə 7 aylığında bu diqnoz qoyulub. 

Bir neçə aydır ki, yardım kampaniyası başladılıb. Bu müddət ərzində körpənin müalicəsi üçün gərəkən maddi yardımın 76 faizi toplanıb. “Mənim yeganə arzum körpəmin sağalmasıdır. Anası, “mən bu uşağa baxa bilmərəm” deyib atasının evinə getdi. Açıqca söylədilər ki, xəstə uşağı istəmirlər. Hətta ölsə, sevinərlər”, söyləyən ata Atakan Altunöz bütün Türkiyədən, xeyirxah insanlardan körpəsi üçün yardım istəyib.

  “Göktuğun müalicəsi xarici ölkədə mümkündür. Müalicə üçün gərəkən miqdarın 76 faizi toplanıb, 24 faizi qalıb. Mən xeyirxah insanlara üz tuturam. Körpəmin sağalmasına yardım etsinlər. Özüm üçün heç nə istəmirəm. Tək istəyim körpəmin sağalmasıdır”.