Magistral kəmərdə qəza olub, Bakının iki rayonuna su verilişində fasilə yaranıb


Magistral su kəmərində baş vermiş qəza ilə əlaqədar Binəqədi və Nəsimi rayonlarının bir hissəsinə içməli suyun verilişində fasilə yaranıb.

APA-nın xəbərinə görə, bunu "Azərsu" ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllı bildirib.