Məşğuluq imkanlarının artırılması və qeyri-formal məşğulluğun qarşısının alınması istiqamətində görülən kompleks tədbirlər əmək müqavilələrinin sayında artımın davam etməsinə imkan yaradıb.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Bildirilib ki, 2022-ci ilin yanvar-noyabr aylarında əmək müqavilələrinin sayı 3,4 faiz və ya 57 min artaraq 1 741 468 müqavilə təşkil edib. Bu dövrdə əməkhaqqı fondu da 20 faiz artıb.