Bakıda 15 yaşlı əkiz bacılar itkin düşdülər

Bakıda iki yeniyetmə qız itkin düşüb.
“Qafqazinfo” xəbər verir ki, Nizami rayonu Bəkir Çobanzadə küçəsində yaşayan 2007-ci il təvəllüdlü Səidə Musayeva və əkiz bacısı Suada (adlar şərtidir) dünən axşam saatlarında itkin düşüblər.
Polisə müraciət edən qızların valideyni onların xarakterik əlamətlərini təqdim edib.
Müraciətlə bağlı axtarış tədbirləri həyata keçirilir.