Yəhya Ağayevin 80 illik yubileyi keçirilib

İlin son günlərində dəyərli insan, ehtiyatda olan polis  mayoru, Nizami Rayon Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı İctimai Birliyinin sədri Yəhya Ağayevin 80 illik yubileyi qeyd edildi.  Gənc  nəsli vətənpərvərlik  ruhunda yetişdirmək,   Prezident cənab İlham Əliyevin  ətrafında  sıx  birləşib, onun apardığı daxili  və xarici siyasəti dəstəkləmək üçün Nizami rayon ictimaiyyəti arasında, Birliyin sədri kimi, böyük təbliğat işləri aparan Yəhya Ağayev, 80 yaşı olmasına baxmayaraq bu gün də fəal və işgüzardır.



 Elə ona görə də Nizami rayon icra hakimiyyətinin başçısı cənab Coşqun Cəbrayılov Yəhya Ağayevin 80 illik yubileyi münasibəti ilə tədbir təşkil edərək, yubiliyarı kollektiv adından təbrik edib. C.Cəbrayılov, bu gündən sonra da Ali Baş Komandan,  Prezident cənab İlham Əliyevin  siyasətinin rayon əhalisi arasında belə yorulmaz və fəal şəkildə təbliğ edilməsində Y.Ağayevə sağlam və uzun ömür arzulayıb. C.Cəbrayılov Zəfər qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsi zamanı Şəhid ailələri,qazilər və veteranlarla görüşlərin təşkilində, onlara mənəvi dəstəyin göstərilməsində Y.Ağayevin rəvbərlik etdiyi Veteranlar Təşkilatının işini yüksək qiymətləndirib.
 Nizami rayon İcra hakimiyyətinin bütün kollektivi  Rayon Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı İctimai Birliyinin sədri Yəhya Ağayevin 80 illik yubileyini təbrik edir və inanır ki, 80 yaşlı yubiliyar, Veteran  təşkilatı olaraq   bundan sonra da  öz işini dövlətin, hökümətin  tələbləri səviyyəsində quraraq, rayonun iqtisadi və sosial həyatında fəal iştirak edəcək.
80 yaşın mübarək olsun, əzizimiz Yəhya Ağayev!

Elçin MƏMMƏDLİ,
1-ci Qarabağ döyüşünün veteranı, Nizami Rayon Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı İctimai Birliyinin üzvü