Azərbaycanda “donuz qripi” virusu var? - Nazirlik açıqladı

Azərbaycanda “donuz qripi” virusu yoxdur.
Bu barədə Səhiyyə Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib.
Qeyd olunub ki, ölkə ərazisində “donuz qripi” virusu aşkarlanmayıb.
Xatırladaq ki, hazırda Rusiyanın bütün regionlarında H1N1 (“donuz qripi”) aşkar olunub. Eyni zamanda Ermənistanda da bu virus sürətlə yayılır.