Şəmkir Hərbi Prokurorluğunda YENİ TƏYİNAT

Şəmkir Hərbi Prokurorluğunda yeni təyinat olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq İdarəsinin mühüm işlər üzrə böyük müstəntiqi, ədliyyə polkovnik-leytenantı İlham Babayev tutduğu vəzifədən azad edilib.
Digər əmrlə o, Şəmkir hərbi prokuroru vəzifəsinə təyin olunub.