Qubada qanunsuz ov edən şəxs saxlanılıb


Quba Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları rayon ərazisində qanunsuz ov edən Füzuli Ağayevi saxlayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Sherg.az-a verilən məlumata görə, həmin şəxsdən 1 ədəd ov tüfəngi və qanunsuz olaraq ovladığı çöl dovşanı aşkar edilib.

Faktla bağlı Quba RPŞ-də araşdırma aparılır.