Cənubi Qafqaza sülh gətirməliyik - Arakçı

Biz Cənubi Qafqazın problemlərinin sülh yolu ilə həllini təmin etməliyik.
Axar.az xəbər verir ki, bu sözləri İranın xarici işlər naziri Abbas Arakçı İstanbulda 3+3 formatında keçirilən görüşlə bağlı deyib.
"Gürcüstandan başqa (3+3 formatında yalnız Gürcüstan iştirak etmir – red.), digər ölkələr Qafqaz regionunun problemlərinin həlli üçün danışıqlar aparmaq və səyləri əlaqələndirmək əzmində olduqlarını nümayiş etdiriblər. Biz siyasi razılaşmaların regiona sülh və sabitlik gətirməsini təmin etməliyik", - deyə Arakçı bildirib.