Adil Kərimli direktoru işdən çıxarıb

Mədəniyyət Nazirliyində üç nəfər işdən çıxarılıb.
Oxu.Az-ın məlumatına görə, bununla bağlı mədəniyyət naziri vəzifəsini müvəqqəti icra edən, nazirin birinci müavini Adil Kərimli müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Mədəniyyət Elmi-Texniki və İxtisasartırma Mərkəzinin direktoru Səadət Xələfbəyli vəzifəsindən azad edilib.
Eyni zamanda, digər əmrlə direktorun müavini və şöbə müdiri də işdən çıxarılıblar.