Qriqoryan üç günlük səfərlə Moskvaya gedir

Ermənistan Baş nazirinin müavini Mger Qriqoryan oktyabrın 17-də üç günlük səfərlə Moskvaya gedəcək.

Axar.az xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin saytında məlumat yayılıb.

Məlumata görə, baş nazirin müavini Avrasiya İqtisadi Komissiyası Şurasının iclasında iştirak edəcək.