Sabirabadda qaz sızmasından partlayış olub: Xəsarət alan var

Sabirabadda qaz sızmasından partlayış olub.
APA-nın məlumatına görə, hadisə Sabirabad rayonunun Məmişlər kəndində qeydə alınıb. Həmin kəndin sakini, 1982-ci il təvəllüdlü Nüşabə Nizami qızı Zeynalova evin hamamında baş verən partlayış nəticəsində yanıq xəsarətləri alıb.
O, Şirvan xəstəxanasına yerləşdirilib. Oradan isə Bakıdakı Yanıq Mərkəzinə göndəriləcəyi gözlənilir.