Müğənni sevgi dedi-qodularına cavab verib


“Sevdik Sevdalandıq” mahnısı ilə yaddaşlarda qalan məşhur müğənni Reyhan Karaca Berksanla haqqında yayılan sevgi dedi-qodularına cavab verib.

Qeyd edək ki, məşhur müğənni Reyhan Karacanın həmkarı Berksanla eşq yaşadığı iddia olunub.

Sherg.az xəbər verir ki, 53 yaşlı Karaca sosial media hesabından verdiyi açıqlamada bu iddiaları təkzib edib.

Reyhan Karaca sosial media hesabında bu qeydləri yazıb:

"Sevgi insanın ruhunu qidalandıran çox xüsusi bir hissdir. Onu doğru insanla yaşamaq və davam etdirmək həyatda insana verilən ən böyük şansdır. Şübhə etmə ki, əsl sevgini tapanda sənin əlindən tutub paylaşacam".

Müğənni sözlərini "Haqqımda çıxan əsassız sevgi dedi-qodularına inanmamağınızı xahiş edirəm. Eşqlə qalın..." deyərək sözlərini tamamlayıb.