Azərbaycanlılar haqlıdır, millətimizdə problem var - Xaçikyan

Ermənistanda düşünürlər ki, ABŞ və Qərb Azərbaycana təzyiq göstərəcək, amma bu, doğru deyil.
Sherg.az Globalinfo.az-a istinadla xəbər verir ki, bunu erməni politoloq Artur Xaçikyan deyib.

Onun sözlərinə görə, ermənilər Avropanın vədlərinə birmənalı şəkildə aldanırlar:

“Azərbaycan çox düzgün siyasət aparır, nəticə olaraq Qafqazda dominant rola malikdir. Yəni nə ABŞ, nə Qərb, nə də Rusiya Bakıya qarşı çıxacaq. ABŞ və Qərb yaxşı nağıl danışırlar, “insan haqları” deyərək hər kəsi inandırmağa çalışırlarə, amma reallıq tamamilə fərqlidir.

Ermənilər deyir ki, Avropa bizdən çox uzaqdır, onların burada maraqları yoxdur. Elə bilirlər ki, Qərb bizi sevir, könüllü və qarşılıqsız kömək göstərir, lakin belə deyil. Millətimiz isə gerçəyi anlamır. Azərbaycanlılar haqlıdırlar, bizim millətdə düşüncə problemi var”.