Almaniyada azərbaycanlı tələbə YOXA ÇIXDI

Almaniyada yaşayan azərbaycanlı itkin düşüb.
Bu barədə Lent.az-a həmin ölkədə yaşayan həmvətənlərimiz məlumat veriblər.
Məlumata görə, Tamerlan Təhməzov Berlin şəhərində doktorantura üzrə təhsil alır. Bildirilir ki, bir neçə gündür o, itkin düşüb və ailəsi ondan xəbər ala bilmir.

Həmçinin qeyd olunub ki, son günlər onda psixoloji problemlər yaranıb və hətta yaşadığı yerə də getmir.

Onun tapılması üçün polisə müraciət edilib və hazırda tədbirlər görülür.