Ostin: Husilərə çoxsaylı zərbə endirdik

ABŞ silahlı qüvvələri Yəməndə husilərin nəzarəti altında olan beş silah anbarına hücum edib.

Axar.az xəbər verir ki, bunu Pentaqonun rəhbəri Lloyd Ostin deyib.

“ABŞ Mərkəzi Komandanlığı qüvvələri, o cümlədən ABŞ Hərbi Hava Qüvvələrinə məxsus B-2 bombardmançıları Yəməndə İranın dəstəklədiyi husilərin silah anbarlarına çoxsaylı zərbə endirib. Bu zərbələr husilərin sabitliyi pozmaq üçün potensialını azaldacaq və Amerika ordusunun təhlükəsizliyini təmin edəcək”, - o bildirib.

Ostin vurğulayıb ki, Vaşinqton Qırmızı dənizdəki gəmilərə hücumları dayandırmaq üçün addım atmaqdan çəkinməyəcək.