İsrail Latakiya limanını vurdu

Oktyabrın 17-nə keçən gecə İsrail Hərbi Hava Qüvvələri Suriyanın şimal-qərbində yerləşən Latakiya liman şəhərindəki hədəflərə hücum edib.

Axar.az xəbər verir ki, bu barədə Suriya dövlət agentliyi SANA məlumat yayıb.

Məlumata görə, hücum nəticəsində əraziyə külli miqdarda ziyan dəyib.

İddialara görə, hücumdan bir qədər əvvəl İran təyyarəsi “humanitar yardım”la Latakiyaya, Xmeymim hava limanına enib.