Nazirlik işçiləri 3 aydır maaş almır - Şikayət

Gənclər və İdman Nazirliyinin regional idarələrində işçilər əməkhaqlarını ala bilmirlər.
Bu barədə Bakupost.az –a işçilər məlumat verib.
Bldirilib ki, nazirliyin öz işçilərinə hələ ötən ildən borcu qalıb.
“Artıq 3-4 aydır pulumuzu vermirlər. Nə edəcəyimizi bilmirik. Rəhbərliyə şikayət edirik, deyirlər, səbirli olun, veriləcək. Amma ortada heç nə yoxdur. Nə zamana kimi gözləyək?! Misal var, toxun acdan xəbəri olmaz. Rəhbərliyin də bizdən xəbəri yoxdur. Necə yaşadığəımız, nə ilə dolandığımız barədə düşünmürlər”.
Məsələ ilə bağlı Gənclə və İdman Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxladıq. Nazirliyin mətbuat katibi Qabil Mehdiyev məsələni araşdırıb bizə məlumat verəcəyini bildirsə də, sonradan zənglərimizə cavab vermədi.