Hizbullah İsraili kaset bombalarından istifadə etməkdə ittiham edir

Livanın “Hizbullah” şiə hərəkatı İsraili Livanın cənubunda kaset bombalarından istifadə etməkdə ittiham edib.
APA xəbər verir ki, bu barədə bazar günü, TASS məlumat yayıb.

Təşkilat, günün birinci yarısında İsrail Hərbi Hava Qüvvələrinin bir sıra yaşayış məntəqələrinə ardıcıl intensiv zərbələr etdiyini bildirib.

Məlumata görə, Hanin və Əl-Teyri kəndlərinə hücum zamanı kaset bombalarından istifadə edilib.

Təşkilat xatırladıb ki, bu cür bombalar 2008-ci ildə imzalanmış beynəlxalq konvensiya ilə qadağan olunub.