İsrail Livana zərbə endirdi: yaralılar var

İsrail qoşunları Livanın Burc-əl-Malyuk rayonuna artilleriya zərbəsi endirib, nəticədə 3 livanlı hərbçi xəsarət alıb.

Axar.az xəbər verir ki, bu barədə “Əl-Vataniya” agentliyi məlumat yayıb.

Bildirilib ki, İsrail tərəfdən buraxılan mərmi Livan hərbçilərinin olduğu avtomobilin yanında partlayıb.

Yaralılar xəstəxanaya çatdırılıb.