Meloni Netanyahu ilə danışdı: Qəbuledilməzdir...

İtaliya Baş naziri Corciya Meloni ilə İsrail Baş naziri Benyamin Netanyahu arasında telefon danışığı baş tutub.

Axar.az xəbər verir ki, bu barədə İtaliya Nazirlər Kabinetindən məlumat verilib.

“Meloni missiyanın regional sabitliyi təşviq etmək üçün Təhlükəsizlik Şurasının mandatı altında fəaliyyət göstərdiyini xatırladaraq, İsrail ordusu tərəfindən sülhməramlılara hücumların qəbuledilməzliyini bir daha təsdiqləyib”, - məlumatda qeyd olunub.