Fətullah Gülən Pensilvaniyadakı yeni evindən çıxarkən görüntülənib

FETÖ Terror Təşkilatının lideri Fətullah Gülən 1999-cu ildən bəri yaşadığı ABŞ-nin Pensilvaniya ştatındakı yeni evindən çıxarkən lentə alınıb.

Oxu.Az xəbər verir ki, görüntüləri Türkiyənin "Anadolu" Agentliyi (AA) çəkib.

AA komandası Gülənin FETÖ-nün qərargahı kimi tanınan Saylosburq qəsəbəsindəki Şabalıd Retreat Mərkəzindən təxminən 12 dəqiqəlik uzaqlıqda yerləşən böyük bir evdə qaldığını müəyyən edib.