Bayden yenidən Almaniyaya getmək qərarına gəlib

Milton qasırğası səbəbindən Almaniyaya səfərini ləğv edən ABŞ prezidenti Co Bayden Almaniya kansleri Olaf Şolzla görüşmək üçün gələn həftə Berlinə getməyi planlaşdırır.

APA xəbər verir ki, bu barədə oktyabrın 13-də RİA Novosti məlumat yayıb.

Almaniya mətbuatının yazdığına görə, Bayden və Şolz arasında görüş cümə gününə planlaşdırılıb.