Yağış yağacaq, şimşək çaxacaq

Hava şəraiti haqqında məlumat yayılıb.
Milli Hidrometeorologiya Xidmətindən Sherg.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 14-də gün ərzində fasilələrlə yağış yağacağı gözlənilir.

Gecə yarımadanın bəzi yerlərində qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var.