“Ətraf mühitimiz: Nələri bilək, nələri qoruyaq?” layihəsinin icrası başa çatıb

“Rəvan” Gəncliyə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə “Ətraf mühitimiz: Nələri bilək, nələri qoruyaq?” layihəsinin icrasını başa çatdırıb.
Üç ay davam edən layihənin məqsədi gənclərin ekoloji maarifləndirilməsi və ətraf mühitin qorunması olub. 
İcrasına 25 dekabr 2022-ci il tarixdə başlanan layihə çərçivəsində “Səhralaşdırdığımız dünyamız: Azərbaycan üçün də təhlükə var”, “Qlobal istiləşmənin yaratdığı problemlər”, “Xəzərin problemləri”, “Ekoloji tarazlığın pozulmasının insanların sağlamlığına təsiri”, “Azadlığa qovuşan təbiətimiz” və “Planetimizin çətiri” sərlövhəli araşdırma xarakterli yazılar hazırlanaraq mətbuatda dərc olunub.
Layihə çərçivəsində “Azərbaycanda qlobal istiləşmənin yaratdığı problemlər: Səhralaşma”, “Ekoloji tarazlığın pozulmasının insanların sağlamlığına təsiri”, “Azad təbiətimiz” və “Planetimizin qoruyucusu” mövzularında tədbirlər keçirilib.