Cəlilabadda ev quşlarını oğurlayan şəxs saxlanılıb

Cəlilabadda ev quşlarını oğurlayan şəxs saxlanılıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Belə ki, polis əməkdaşlarının oğurluq etdiklərinə görə tutduğu Rövşən Əzizovun və Mahir Astanovun 2021-ci ilin fevral ayında Zopun kəndindən 4 baş inək oğurlamaları, həmçinin M.Astanovun müxtəlif vaxtlarda 3 həyətyanı sahədən ümumilikdə 38 ev quşu oğurlaması da müəyyən olunub.

Faktla bağlı araşdırmalar davam etdilir.