Xaçmazda itkin düşən məktəblilər tapılıb

Xaçmaz şəhərində məktəbdən çıxaraq itkin düşən 2 qardaş tapılıb. 

Bunu "Report"un yerli bürosuna açıqlamasında məktəblilərin atası Tural Muradov bildirib.

"Övladlarım Nicat və Kənan aprelin 22-də günorta saatlarında internet vasitəsi ilə əlaqə saxlayaraq Xaçmaz şəhərinin mərkəzində olduqlarını bildirdilər", - o söyləyib.