Naxçıvanda iki avtomobil toqquşdu: Xəsarət alanlar var

Naxçıvanda yol-nəqliyyat hadisəsi baş verib.
APA xəbər verir ki, iki avtomobilin toqquşması iki nəfərin xəsarət almasına səbəb olub.
Hadisə zamanı Naxçıvan şəhər sakinləri - 1987-ci il təvəllüdlü Məmişov Rəbbin və 2016-cı il təvəllüdlü Oruclu Fidan xəsarət alıblar.
Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilən zərərçəkənlərin vəziyyətləri normaldır.
Faktla bağlı araşdırma aparılır.