Göygöldə minik maşını divara çırpıldı: Xəsarət alan var

Göygöldə yol nəqliyyat hadisəsi baş verib.
APA-nın məlumatına görə, hadisə rayonun Çaylı kəndində qeydə alınıb.
Hərəkətdə olan minik maşını yoldan çıxaraq hasara çırpılıb. Qəza zamanı minik maşınındakı sərnişin 1963-cü il təvəllüdlü Sahilə Məmmədova xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.