"Övladlarımıza hər şeyə baxmağa icazə verməməliyik. Əks təqdirdə uyğunsuz məzmunlu kontentlər izləyirlər. Nəticədə qorxulu yuxular görürlər. Yatmaqdan belə qorxurlar".
Bunu "Sherg.az"a açıqlamasında uşaq psixoloqu Məmmədova Məmləkət deyib
.
O bildirib ki, uşaqlar texnoloji cihazlardan çox istifadə edirlər:
"Uşağın yuxu rejimi pozulur. Ailə övladları üçün yuxu saatı müəyyənləşdirməlidir. Yatmazdan əvvəl yarım saat gəzintiyə çıxarmalıdılar, uşaqların enerjisini sərf etməsi üçün oyunlar keçirtməlidilər. Bir müddət eyni üsul tətbiq edilərsə, bu rejimə öyrəşəcəklər".
Qeyd edək ki, Bakı Baş Səhiyyə Mərkəzi məlumatına görə, uşaqlarda müşahidə edilən yuxu pozulmaları psixi və ya patoloji faktorlarla əlaqəli ola bilər. Hamiləlik zamanı ananın həyat tərzi və hətta doğuş prosesinin özü gələcəkdə körpənin sağlamlığına təsir göstərə, nevroloji problemlər yaratması mümkündür.