Sabahdan temperatur dəyişəcək

İyulun 08-də havanın temperaturu Bakıda iqlim normasından 6 dərəcə yüksək olub.


Milli Hidrometeorologiya Xidmətindən Bakupost.az -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında 40°-dək isti, Naxçıvan MR-da və aran rayonlarında 35-40°, dağlıq rayonlarda isə 32°-dək isti olub.


Bu gün iyulun 09-da da isti hava şəraitinin davam edəcəyi, havanın maksimal temperaturunun Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR-da və aran rayonlarında 35-40°, dağlıq rayonlarda isə 28-33°-dək isti olacağı gözlənilir.


İyulun 10-da ölkə ərazisində arabir güclənən şimal-qərb küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.


Havanın temperaturu gecə 22-27°, gündüz 29-34° isti olacaq.


Azərbaycanın rayonlarında əsasən şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.


Havanın temperaturu gecə 20-25° isti, gündüz 32-37° , dağlarda gecə 11-16° isti, gündüz 22-27° isti olacaq.