Nazir müavini: “Bu il cinayətlərin 90 faizinin üstü açılıb”

"Bu ilin ilk 6 ayında kriminal qəsdlərin qurbanlarının pozulmuş hüquqlarının bərpası istiqamətində həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat tədbirləri ilə ümumi cinayətlərin 90 faizinin, o cümlədən “isti izlər”lə 1 605 cinayətin açılıb".

“Report”un xəbərinə görə, bu barədə DİN-də keçirilən kollegiya iclasında birinci müavini polis general-leytenantı Seyfulla Əzimov bildirib.

O, 4 587 hüquqazidd əməlin qarşısının alındığını, axtarışda olan 3 291 şəxsin tutulduğunu, dövlətə, hüquqi və fiziki şəxslərə dəymiş maddi ziyanın 79,4 faizinin ödətdirildiyini vurğulayıb.