İctimaiyyətlə əlaqələr üzrə 17 işçiyə ehtiyac var

TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində ictimaiyyətlə əlaqələr üzrə 17 işçiyə ehtiyac var.

Oxu.Az xəbər verir ki, bu fikirləri TƏBİB-in İctimaiyyətlə əlaqələr və marketinq departamentinin rəhbəri Zamirə Ədilova səsləndirib.

O bildirib ki, TƏBİB-in tabeliyində 90 tibb müəssisəsi fəaliyyət göstərir:

“Həmin xəstəxanalarda ictimaiyyətlə əlaqələr üzrə ştat vahid sayı 110-dur. Bu ştat üzrə hazırda çalışan işçilərin sayı 83 nəfərdir. Ümumilikdə isə bu sahə üzrə 17 yer vakantdır. Ştat vahidi olmayan yerlərin sayı isə 3-dür”.