Azad edilmiş rayonlarda ət və süd istehsalı artıb - SİYAHI

2023-cü ilin yanvar-iyun aylarında işğaldan azad edilmiş rayonlarda quş əti də daxil olmaqla diri çəkidə 9697 ton ət, 72091 ton süd istehsal olunub.

“APA-Economics”in Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 6% və ya 551 ton, süd istehsalı isə 5.2% və ya 3582 ton artıb.

Qeyd edək ki, ən çox ət və süd Ağdamda rayonunda istehsal edilib. Belə ki, hesabat dövründə Ağdamda rayonunda 2549 ton ət, 22458 ton isə süd istehsal olunub.