Sığorta yığımlarında 10 faiz artım müşahidə edilir

Gələcəkdə xarici kapitallı sığorta şirkətlərinin yaranmasını müşahidə edəcəyik


  “Azərbaycan sığorta sektorunda digər ölkələrdən 5 dəfədən çox geri qalır".
  Bu fikirləri Sosial Tədqiqat Mərkəzinin İdarə heyətinin sədri Zahid Oruc "Sığorta mübahisələrinin uğurlu həll yolları" mövzusunda elmi-praktik konfransda bildirib. Onun sözlərinə görə, hətta Gürcüstan sığorta sektorunun inkişafına görə Azərbaycandan öndədir: "2022-ci ildə Gürcüstanda sığorta haqları Ümümu Daxili Məhsulun (ÜDM) 1,3 faizi, Ermənistanda isə 0,7 faizi qədər olub".
  Z.Oruc sığorta sektorunun inkişafının kənf təsərrüfatına təsiri barədə də danışıb. O bildirib ki, sığortanın inkişafında mühüm məsələlərdən biri sığorta məhsullarının sayının artırılmasıdır: "Aqrar sığorta haqqında" qanunun qəbulu önəmlidir. Məşğul əhalinin təxminən 40 faizi kənd təsərrüfatı sahəsində çalışır. Həm fermerlər, həm də sığorta şirkətləri üçün maraqlı və cəlbedici sığorta modeli olmalıdır.  Belə ki, məşğul əhalinin təxminən 40 faizi kənd təsərrüfatı sahəsində çalışır, həm fermerlər, həm də sığorta şirkətləri üçün maraqlı və cəlbedici sığorta modeli olmalıdır".
  STM sədri onu da qeyd edib ki, xidmət, turizm, idman va s. sahələrdə fəaliyyət göstərən subyektlərin sığortaya cəlb edilməsi də bazardakı dinamikanı artıra bilər.
  "Azərbaycan Sığortaçılar Assosiasiyası" (ASA) İctimai Birliyinin icraçı direktoru Elmar Mirsalayev isə deyib ki, Azərbaycanda məhkəmə çəkişmələri əlavə zaman və maliyyə itkisinə səbəb olmaqla yanaşı, sığorta bazarı iştirakçılarının reputasiyasını bu və ya digər formada korlaya bilir: "2021-ci ildə iqtisadi fəaliyyət sahələri üzrə qeydə alınmış məhkəmə işlərinin sayı 1 223 olub ki, bunun da 564-də digər istisna sahələrlə yanaşı sığorta sahəsi də yer alıb. Bu mənada qeyd etmək istəyirəm ki, Mediasiya Şurasının sığorta mübahisələrinin alternativ həlli mexanizmi kimi aktivləşdirilməsi həm bu sahədə məhkəmə işləri ilə bağlı 40 faizə yaxın olan nisbətin kiçilməsinə, mübahisələrin ədalətli həllinə, sığorta savadlılığının daha dərindən formalaşmasına zəmin yaradacaq. Danılmaz faktdır ki, sığorta savadlılığının artırılması bu sahədə məhkəmə çəkişmələrinin, mübahisələrinin azalmasına təkan verən başlıca amildir. Artıq 3-cü ildir ki, Azərbaycan Mərkəzi Bankı, ASA və İcbari Sığorta Bürosu arasında imzalanmış memorandum çərçivəsində ümumrespublika səviyyəsində sığorta maarifləndirməsi işləri aparılır. Hesab edirəm ki, gördüyümüz bu iş yaxın gələcəkdə bu sahədə mübahisələrin və anlaşılmazlıqların azalmasına, aradan qalxmasına öz müsbət təsirini göstərəcək".
  “Azərbaycan Mərkəzi Bankı (AMB) bu ilin yekununda ölkə üzrə sığorta haqlarının məbləğinin 1,2-1,3 milyard manat olacağını proqnozlaşdırır”. Bu sözləri isə AMB-nin Baş direktoru Ziya Əliyev deyib. Onun sözlərinə görə,  VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.99%-dən : “2022-ci ildə Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə təxminən 1 milyard manat sığorta haqqı toplanılıb. 2019-cu ildə Azərbaycanda 650 milyon manat sığorta haqqı toplanılmışdı. 2023-cü ildə bu rəqəmin 1,2-1,3 milyard manat olması o deməkdir ki, son 4 il ərzində sığorta bazarı təxminən 2 dəfə böyümüş olacaq". 
  Azərbaycanın sığorta bazarının davamlı inkişafı və dünya bazarında tanınması üçün daha səmərəli və ciddi tədbirlərin
həyata keçirilməsi tələb olunur. Sığorta sektorunun inkişafı, o cümlədən əhalinin sığorta mədəniyyətinin bərpa olunması və
inkişaf etdirilməsi üçün ən mühüm şərtlərdən biri sığorta sahəsində əhalinin maarifləndirilməsidir. Bu məqsədlə sığorta
şirkətləri vətəndaşlarla daimi və müntəzəm iş aparmalı,  beynəlxalq sığorta şirkətlərinin təcrübəsindən istifadə olunmalıdır.
  Sığorta üzrə ekspert İlkin İbrahim də “Sherg.az"a açıqlamasında STM sədrinin iradlarının haqlı olduğunu deyib. Onun sözlərinə görə, Azərbaycanda  ÜDM-də sığorta haqlarının region ölkələrindən belə aşağı olması xoşagəlməz haldır: 

“Lakin son illər hər əvvəlki illə müqayisədə sığorta yığımlarında 10 faiz artım müşahidə edilir. Bu da sığorta sektorunun dinamikliyini göstərir. Hələlik ölkədəki sığorta şirkətləri əsasən yerli şirkətlərdir. Deməli, gələcəkdə xarici kapitallı sığorta şirkətlərinin yaranmasını müşahidə edəcəyik. Hələ ki ölkəmizdə xarici investisiyalı sığorta şirkətlərinin olmaması  təəssüfləndirici haldır. Mərkəzi Bank rəsmiləri bu istiqamətdə müvafiq  tədbirlərin görüldüyünü deyib. “Aqrar sığorta haqqında” qanun isə  hazırda qüvvədədir. 2019-cu ildə qəbul edilib”.
  Ekspertin fikrincə, sığorta hadisələri zamanı tərəflər arasında yaranan mübahisələrin həll olunması və ortaq mövqenin tapılması üçün məhkəmədən öncə müstəqil sığorta ekspertinin cəlb edilməsi vacibdir.