Moldova parlamenti MDB PA haqqında Konvensiyanı qüvvədən düşmüş hesab edib

Moldova parlamenti 1995-ci ildə Minskdə imzalanmış MDB Parlamentlərarası Assambleyası (PA) haqqında Konvensiyanı qüvvədən düşmüş hesab edib.

"Report" xəbər verir ki, bu barədə xəbəri TASS yayıb.

Qeyd edək ki, bundan əvvəl Moldova hökuməti MDB çərçivəsində imzalanan daha üç sazişin qüvvədən düşməsi barədə qərar qəbul edib. Söhbət kiçik və orta sahibkarlığa dəstək və vahid təhsil məkanının formalaşdırılması, eləcə də, sərhəd qoşunların güzəştli şərtlərlə xüsusi texnikanın verilməsindən gedir. Moldova bu sazişləri Birlik çərçivəsində imzalayıb.

Moldovanın MDB-yə münasibəti Mayya Sandu 2020-ci il prezident seçiləndən sonra dəyişib. Prezident Birliyin iclaslarında bir dəfə də olsun iştirak etməyib. Ümumilikdə, hökumətin məlumatına görə, Moldova Birlik çərçivəsində 330 saziş imzalayıb.