İnəklər də selfiyə alışdı: Bir gündə milyonlarla insan izlədi

Muğlanın Seydikemer rayonunda Şerife Yılmaz adlı gənc qız ailəsinə aid fermada inəklə çəkdirdiyi selfi videosu sosial mediada yayılıb. 

Sherg.az türk mediasına istinadən xəbər verir ki, Yılmazın sosial media hesabında paylaşdığı videoda "Gəl selfi çəkək" sözündən sonra inək qaçaraq gəlib kamera qarşısına keçib.


 Dənizli Pamukkale Universiteti Tibb Fakültəsinin tələbəsi olan Şerife Yılmazın paylaşdığı video qısa zamanda milyonlarla insan tərəfindən izlənilib. Minlərlə insanın paylaşdığı video internetdə  izləyiciləri güldürüb.

Şerife Yılmaz sosial media hesabında fermada olan inəklərlə çoxlu videolarının olduğunu və bu videonu çəkərkən bu insanın bəyənəcəyini gözləmədiyini bildirib: "Ailəmizlə buranı idarə edirik. Buradakı bütün heyvanlarla aram yaxşıdır. Hamsının bir adı var, hamısının öz şirinliyi var".

Turan