Fələstin Prezidenti Türkiyəyə gəlir

Fələstin Prezidenti Mahmud Abbas iyulun 25-də Türkiyəyə rəsmi səfər edəcək.

"Report" xəbər verir ki, o, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

Görüş zamanı iki ölkə arasında münasibətlərin hazırkı vəziyyəti və gələcək inkişaf perespektivləri müzakirə olunacaq.