İstidən sıxılanlar sahildə yatdılar - FOTOLAR

İstililərin mövsüm normalarından çox olduğu Antalyanın Konyaaltı çimərliyində bir qələbəlik var. Vətəndaşların bəziləri çadırlarda, bəziləri isə daşların üzərinə döşənmiş döşəklərdə yatmağa üstünlük verib.

Sherg.az türk mediasına istinadən xəbər verir ki, Antalyada gündüz 45 dərəcəyə çatan havanın temperaturu gecə və səhər 30 dərəcə olaraq ölçülüb.


 
İstidən boğulan vətəndaşlar çarəni səhər saatlarında məşhur Konyaaltı çimərliyində tapıb.

Gün ərzində yüz minlərlə tətilçi, isti havadan sıxılanlar sərinləmək və dənizdən həzz almaq üçün sahilə gəlirlər.

Konyaaltına gələnlərin bəziləri çadır qurur, bəziləri həsir və ya çınqılların üzərinə döşənmiş döşəklərdə yatmağa üstünlük verib.


 

Gecə saatlarından sahilə gələn vətəndaşlar harda gəldi yatmağa çalışıblar.

Bəzi vətəndaşlar isə səhərin ilk işığında dost qrupları ilə dənizə girərək suyun kefini şıxarıblar.

Turan