Naxçıvanda göldə batan şəxsləri xilas etməyə çalışarkən boğulan polis dəfn olunub 

Naxçıvan Muxtar Respublikasının Babək rayonu ərazisində yerləşən Uzunoba gölündə batan şəxsləri xilas etməyə çalışarkən boğularaq ölən polis əməkdaşı Vüsal Quliyev dəfn edilib.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, 1982-ci il təvəllüdlü polis serjantı Quliyev Vüsal Əbülfəz oğlu doğulduğu Babək rayon Cəhri kəndində torpağa tapşırılıb.

Dəfn mərasimində Naxçıvan Muxtar Respublikası Daxili İşlər naziri Süleyman Neymətov, nazirliyin əməkdaşları, eyni zamanda ictimaiyyət xadimləri və vətəndaşlar iştirak ediblər.