Qubad İbadoğlu  Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edilib

Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu daxil olmuş müraciətlə əlaqədar vəkili Zibeydə Sadıqova ilə birgə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edilib.

Bu barədə "Report"a DİN-in mətbuat xidmətinin əməkdaşı Anar Qafarov bildirib.

Araşdırma aparılır. Əlavə məlumat veriləcək.