Bu il qohumlarını ziyarət edən türklərin sayı görünməmiş dərəcədə artıb

Türkiyədə bu ilin birinci rübündə yerli turistlərin qohumlarını ziyarət etmək xərcləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 97,9 faiz artaraq 11 milyard 984 min 662 lirə olub.

Sherg.az türk mediasına istinadən xəbər verir ki, Türkiyə Statistika Təşkilatının (TÜİK) məlumatlarına əsasən, bu ilin yanvar-mart aylarında ölkədə yaşayan 8 milyon 601 min nəfər səyahətə çıxıb.

Yerli turistlərin səyahət xərcləri 22 milyard 271 milyon 455 min lirə təşkil edib. Səyahətçilər getdikləri yerlərdə orta hesabla 4- 7 gecə qalıblar.

Səyahət məqsədləri nəzərə alındıqda, 6 milyon 643 min yerli turist  bu dövrdə qohumlarını ziyarət edib. Bu səfərlər üzrə xərclər əvvəlki ilin eyni dövrü ilə müqayisədə yüzdə 97,9 artaraq 11 milyard 984 min 662 lirəyə çatıb.

Qohumları ziyarətdən sonra ikinci sırada  1 milyon 858 min səfərlə görməli yerlər, əyləncələr və tətillər üçün yaşayış yerləri  qərarlaşıb. Bu dövrdə yerli turistlər səyahət, əyləncə və istirahət üçün 5 milyard 980 milyon 413 min lirə xərcləyib.

Bu ilin ilk rübündə sağlamlıq ehtiyacları səbəbiylə edilən ziyarətlərin sayı 596 min olub. Bu çərçivədə səfərlərə 1 milyard 427 milyon 866 min lirə xərclənib.

Ticarət əlaqələri və yarmarka üçün yerli turistlərin 117 min səfərinə xərclənən vəsaitin məbləği 314 milyon 265 min lirə olaraq qeyd edilib. Yerli turistlər mədəni məqsədli 12 min səfərdə 19 milyon 679 min lirə xərcləyib.

Digər tərəfdən, yerli turistlərin səfərdən əvvəl etdikləri xərclərin məbləği təhlil edildikdə, geyim, dərman, çanta, fotoaparat və film kimi şəxsi xərclər ilk üç ayda əvvəlki ilin eyni dövrü ilə müqayisədə yüzdə 56,2 artaraq 91 min 513 lirəyə çatıb.

Turan