İctimai avtobusda it dartışması


İstanbul Kağıthanesində iti ilə özəl ictimai avtobusa minmək istəyən qadının sürücü tərəfindən avtobusdan düşürüldüyü iddia edilib.

İstanbulda iti ilə şəhər avtobusuna minmək istəyən şəxs sürücü tərəfindən avtomobildən çıxarılıb.

Sherg.az xəbər verir ki, hadisə ötən gün günorta saatlarında Cendere Prospekti Kağıthane İETT-nin son dayanacağında baş verib.


Aybike Çağlar itini gəzdirməyə çıxıb. İddiaya görə, bir müddət iti ilə gəzən Çağlar havanın isti olması səbəbindən itinin ayaqları yanmasın deyə ictimai avtobusla evinə qayıtmaq istəyib.

İddialara görə, Gültəpə-Şişli xətti ilə hərəkət edən avtobusa minmək istəyən Aybike Çağlar avtobus sürücüsü tərəfindən düşürülüb.

Sürücü ilə mübahisə etməyə başlayan qadın itinin ağzlığının olduğunu və itə heç bir maneənin olmadığını bildirib.

Sürücü isə itlə minmək üçün İETT Hərəkat Komandanlığından icazə alması lazım olduğunu bildirib.

Avtobusda bir müddət davam edən mübahisə sürücünün qadını və itini avtobusdan endirməsi ilə bitib.

Mübahisə anları itin sahibi tərəfindən mobil telefon kamerası ilə lentə alınıb.

Kadrlarda görünür ki, itin sahibi itin bağı və ağzının olduğunu, sürücünün isə itlə minməyin qadağan olduğunu deyir.

Turan