DİN: Bərdə-Yevlax dəmiryolu xəttində qəza ilə bağlı araşdırma aparılır

İyulun 25 iyul saat 03:50 radələrində Bərdə-Yevlax dəmiryolu xəttində teplovoz hərəkətdə olarkən "Chevrolet" markalı avtomobilin dəmiryol keçidində manevr qaydalarını pozması səbəbindən qeyd edilən nəqliyyat vasitəsi ilə toqquşması faktı ilə bağlı DİN Nəqliyyatda Baş Polis İdarəsi Dəmiryolu Nəqliyyatında Polis İdarəsində araşdırma aparılır.

Bu barədə "Report"a DİN-in Mətbuat xidmətindən bildirilib.

Hadisə nəticəsində avtomobilin sürücüsü və maşında olan 1 nəfər sərnişin xəsarət alıb.

Hadisənin səbəbinin aşkar edilməsi məqsədi ilə müvafiq ekspertizalar təyin edilib.